Təhsil Nazirliyi yeni tədris ilinin sentyabrın 1-dən başlanması barədə təklifə münasibət bildirib. SİA nazirliyin saytına istinadən xəbər verir ki, yeni tədris ilinə ənənəvi olaraq sentyabrın 15-dən başlanacaq.
Ancaq bu il 15 sentyabr bazar gününə təsadüf etdiyi üçün, dərslərə sentyabrın 16-dan start veriləcək.
Məlumat üçün bildirək ki, Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa yeni təşəbbüslə çıxış edərək, "1 sentyabrdan hamı məktəbə!" kampaniyasına başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB