Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 3-də 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanı zamanı ilkin məlumatlara əsasən müxtəlif binalarda 34 abituriyent müxtəlif qayda pozuntularına yol verdiklərinə görə - imtahanın gedişinə mane olma, sual kitabçalarını dəyişməyə və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilmiş və nəticələri ləğv olunub. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır.
Qeyd edək ki, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində 42 imtahan mərkəzində aparılıb. İmtahan bütün binalarda saat 11:00-da başlayıb və 3 saat ərzində aparılıb.
İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, imtahanın keçirildiyi bütün binalarla müntəzəm olaraq əlaqə saxlanıb və imtahanın gedişi nəzarətdə saxlanıb.
Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin normal qaydada imtahan vermələri üçün zəruri şərait yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB