I qrupda keçid balı 150-yə endirildi

I qrupda keçid balı 150-yə endirildi

I ixtisas qrupunda bəzi ixtisaslar üzrə keçid balı 150-yə endirilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən xəbərə görə, I ixtisas qrupu üzrə müəyyən ixtisaslar üzrə həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Sözügedən ixtisaslara aqromühəndislik, meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə