Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ötən illərdə aşağı balla ali məktəbə qəbul olanların sonradan ali məktəbdə akademik borclarının olub-olmadığını araşdırıb. SİA-nın xəbərinə görə, bu barədə məlumat verən TQDK sədri Məleykə Abbaszadə deyib ki, 2009/2010-cu ildə əyani və axşam şöbəsinə qəbul olanların, 2008/2009-cu ildə qiyabi fakültəyə qəbul olanların sayı 8 186 nəfər olub: "Onlardan 2012/2013-cü tədris ilində 7 912 nəfərinin diplom alması gözlənilir. Belə ki, 250 baldan aşağı toplayan və təhsil müəssisəsini bitirməyənlərin sayı 77 nəfərdir (0,94 faiz). 250 baldan yuxarı nəticə göstərənlərin 197 nəfəri (2,41 faizi) bu il ali məktəbi bitirməyəcəklər. Minimal balla qəbul olan uşaqlar 4 il ərzində ali məktəbin proqramını başa çatdırıb diplom alırlarsa, deməli, proqramı mənimsəyə bilirlər. Yaxud proqramı mənimsəyə bilmirlərsə, akademik borca görə 5-ci kursa qalırlar. Əgər onlar ali məktəb proqramını mənimsəyib bitirirlərsə, bizim onların qarşısını kəsməyə hüququmuz yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB