"Cari ildə keçirilən qəbul imtahanları zamanı təşkilatı nöqteyi-nəzərdən hər hansı çətinlik olmayıb". SİA xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiysının (TQDK) sədri Məleykə Abbassadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, ölkə regionları üzrə imtahan proseslərinə cəlb olunan nəzarətçilər region müəllimləri olub: "Biz qorxurduq ki, bu müəllimlər yerlipərəstlik edərək köçürmə hallarına yol verəcəklər. Ancaq belə narahatedici məqam olmayıb. Biz hər il müəyyənləşdirdiyimiz keçid balından yuxarı nəticə göstərənlərin nəticələrini yoxlayır imtahan zamanı köçürüb-köçürmədiyini araşdırırıq. Bu il hələlik apardığımız araşdırma nəticəsində məlum olub ki, regionlarla Bakı üzrə abituriyentlərin köçürmə nəticəsi eyni olub".
Komissiya sədri qəbul imtahanları zamanı qaydaları pozanlara bu il ikinci dəfə şans verilməyəcəyini deyib: "Abituriyentlər öncədən imtahan şərtləri barədə məlumatlandırılıblar. Bütün bunlara baxmayaraq, abituriyentlər yenə də qəbul qaydalarını pozublar. İmtahanda qaydaları pozanlara niyə ikinci şans verilməlidir? Belə şans verilməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB