TQDK sədri: "Abituriyentlər aqrar sahə ixtisaslarında oxumaq istəmirlər"
"Azərbaycanda bu gün aqrar sahədə mütəxəssislərə tələbat daha çox olsa da, IV ixtisas qrupu üzrə qəbul imtahanı verən abituriyentlər tibb ixtisaslarında təhsil almağa üstünlük verirlər". SİA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib.
Onun sözlərinə görə, yalnız 510 baldan çox toplayan abituriyentlər Azərbaycan Tibb Universitetində olan 890 vakant yerə qəbul oluna bilərlər: "Aqrar sahədə ixtisasları seçmək hüququ verilən abituriyentlərin sayı 3298 nəfərdir. IV ixtisas qrupu üzrə ayrılan vakant yerlərin 1051-i Bakıdakı, 1093-ü regionlardakı ali məktəblərin, 593-ü Azərbaycan Dövlət Aqrar Universitetinin, 330-u isə özəl ali məktəblərin payına düşür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB