Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Gülhanə Hərbi Tibb Akademiyasının gizir feldşer məktəbinə (orta ixtisas məktəbi) qəbul olmaq istəyən abituriyentlər üçün müsabiqə keçirilir. Tələbə Qəbul üzrə Dövlət Komissiyasından (TQDK) SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xətti ilə 2013/2014-cü tədris ili üçün Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının gizir feldşer məktəbinə (orta ixtisas məktəbinə) iki illik təhsil proqramı üzrə müsabiqə elan edilir.
Müsabiqədə 2013-ci ildə IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 300-dən yüksək bal toplamış oğlan abituriyentlər iştirak edə bilərlər. Qeyd edək ki, müsabiqədə iştirak edənlər arasından 1 nəfər gəncin seçilib iki il müddətinə Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının gizir feldşer məktəbinə (orta ixtisas məktəbinə) göndərilməsi nəzərdə tutulub.
Müsabiqədə iştirak etmək istəyənlər avqustun 2-dən 7-dək hər gün (bazar günü istisna olmaqla) saat 10-dan 17-dək TQDK-ya (ünvan: Akademik Həsən Əliyev küçəsi 17; tel: (012) 440 30 09 ; email: [email protected]) müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB