Nazirlə səfir təqaüd proqramlarını müzakirə ediblər

Nazirlə səfir təqaüd proqramlarını müzakirə ediblər

Təhsil naziri Mikayıl Cabbarov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Paskal Mönye və Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinin daimi işlər müvəkkili cənab Volfqanq Mössinger ilə görüşlər keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hər iki görüş zamanı ölkələr arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bununla yanaşı, ikitərəfli görüşlərdə ali məktəblər arasında əməkdaşlıq, orta və ilk peşə-ixtisas təhsili sahəsində birgə layihələr, təqaüd proqramları ilə bağlı məsələlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə