600-dən yuxarı bal yığanların sayı AÇIQLANDI

600-dən yuxarı bal yığanların sayı AÇIQLANDI

"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyulun 28-də keçirilən 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən 403 abituriyent 600-dən çox bal yığıb". Bu barədə SİA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. O bildirib ki, sözügüdən ixtisas qrupunda ən yüksək nəticəni – 700 balı isə 2 nəfər əldə edib.

Qeyd edək ki, IV ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 11796 abituriyentdən 673 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 11123 abituriyentlərdən 16 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə