IV ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 11796 abituriyentdən iki nəfər maksimal nəticə -700 bal toplayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən xəbərə görə, abituriyentdən 673 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 11123 abituriyentlərdən 16 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Qeyd edək ki, ixtisas seçimi avqustun 6 - dan avqustun 15-dək internet vasitəsilə aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB