Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 28-də keçirdiyi 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nəticələr komissiyanın internet saytında (www.tqdk.gov.az) yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qeyd edək ki, IV qrup üzrə imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 21 binada təşkil olunur. İmtahanların idarə olunması üçün 98 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1018 nəzarətçi-müəllim cəlb edilib. Qrup üzrə 11793 abituriyent ərizə təqdim edib. Onlardan 11019 nəfəri Azərbaycan bölməsinin, 774 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7123 nəfərini oğlanlar, 4670 nəfərini isə qızlar təşkil edir. 6605 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunlarıdır. 4729 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır. Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənc isə 1998-ci ildəndir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB