Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyulun 28-də 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 16 abituriyent müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən imtahanın gedişinə mane olma, köçürmə və buna şərait yaratdıqlarına görə imtahandan xaric edilib və nəticələri ləğv olunub. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, imtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, imtahanın keçirildiyi bütün binalarla müntəzəm olaraq əlaqə saxlanıb və imtahanın gedişi nəzarətdə saxlanıb.
Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin normal qaydada imtahan vermələri üçün zəruri şərait yaradılıb.
Qeyd edək ki, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində aparılıb.
İmtahan bütün binalarda saat 11:00-da başlayıb və 3 saat ərzində aparılıb. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. Nəticələrin yaxın iyulun 30-dək elan edilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB