Xaricdə təhsil alacaq namizədlərin adları açıqlandı DİQQƏT!

Xaricdə təhsil alacaq namizədlərin adları açıqlandı DİQQƏT!

2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almaq üçün sənəd qəbulu davam etməkdədir. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyası aşağıdakı ilk 41 namizəd barədə müsbət qərar verib:

Abbasova Nərmin Müstəcəb qızı

Ağabalayev Əbülfəz Eyyub oğlu

Babayev Toğrul Fizuli oğlu

Babayev Baba İlqar oğlu

Bayramov Tural Etibar oğlu

Cəbrayılov Ağasəf Elşad oğlu

Əhmədov Tural Bahadur oğlu

Ələsgərov Abbas Arzu oğlu

Ələskər-zadə Riyad Füzuli oğlu

Əliyev Ruslan Əlövsət oğlu

Əliyeva Gülnar Mutavil qızı

Əzimli Hünər Babək qızı

Fərhadlı Bəhruz Elman oğlu

Fərhadov Tural Sərhad oğlu

Hacıyev Fuad Arif oğlu

Həsənalıyeva Gültəkin Akif qızı

Həşimov Cəlal Rövşən oğlu

İmanlı Fərid Zahid oğlu

İsgəndərova Fatma İsgəndər qızı

İsmayılzadə Nicat Rəhimulla oğlu

Məhərrəmli Məhəmməd Mirqalib oğlu

Məmmədov Şahlar Şahmar oğlu

Məmmədov Arzu Ruslan oğlu

Məmmədov Rüstəm Nizamiyeviç

Məmmədov Ceyhun Qalib oğlu

Məmmədova Günel İlqar qızı

Mikayılov Nurlan Şamil oğlu

Nəzərli Nicad Emil oğlu

Novruzov Tural Zöhrab oğlu

Orucov Nəriman Zakir oğlu

Pənahov Fərhad Aydın oğlu

Qarayeva Vüsalə Arif qızı

Rəcəbov Pərviz Mübariz oğlu

Rzayev Fərhad Mühəndis oğlu

Rzayev Saleh Valeh oğlu

Salmanzadə Fuad Səməd oğlu

Səttərov Fəxri Rasim oğlu

Tağıyev Anar Yusif oğlu

Vəlizadə Pərviz Elşən oğlu

Yolçuyev Nihad Qüdrət oğlu

Zeynallı Fidan Natiq qızı

Məlumata əsasən, Təhsil Nazirliyi adları qeyd olunan şəxsləri təbrik edərək, onların xarici ali təhsil müəssisələrini yüksək akademik göstəricilərlə başa vuracaqlarına və əldə etdikləri bilik və bacarıqlardan ölkəmizin davamlı inkişafı naminə səmərəli istifadə edəcəklərinə ümid edir.

Digər namizədlərlə bağlı qərarlar verildiyi zaman bu barədə mütəmadi olaraq geniş ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" ölkəmizin "qara qızıl"ının insan potensialının gücləndirilməsinə yönləndirilməsi istiqamətində ən önəmli təşəbbüslərdən biri olmaqla yanaşı, dövlətin gənc kadrların formalaşdırılması məqsədilə onların xaricdə təhsilinə böyük məbləğdə vəsait yatırılması yönündə dünyada mövcud olan nadir layihələrdən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə