Məktəbə hicablı gələn müəllimin işdən çıxmağa sövq edilməsilə bağlı Təhsil Nazirliyi Facebook səhifəsində məlumat yerləşdirilib. SİA-nın xəbərinə vətəndaşların suallarını cavablandıran nazirlik bildirib ki, məktəbə hicablı gələn müəllimin işdən çıxmağa sövq edilməsinin heç bir hüquqi əsası yoxdur: "Lakin müəllim məktəbə əksəriyyətin qəbul etdiyi geyimdə gəlsə, daha məqsədəuyğun olar".
Digər sualları cavablandıran təhsil strukturu qeyd edib ki, nazirlik milli azlıqların ana dili dərsliklərinin hazırlanması və çapı ilə bağlı məsələlərə həssas yanaşır: "Ayrı-ayrı xalqların ana dili dərslikləri çap olunaraq müvafiq təhsil müəssisələrinə göndərilib və istifadə olunur. Lakin dərsliklərin yazılması ilə mütəxəssislər məşğul olmalıdır. Ləzgi dili tədris olunan ümumtəhsil məktəblərinin I-IX siniflərində həmin dilin tədrisinə həftədə 2 saat vaxt ayrılır. Digər azsaylı xalqların (talış, udi, saxur, avar, kürd və s.) dilləri öyrədilən ümumtəhsil məktəblərinin I-IV siniflərində həmin dillərin tədrisinə də həftədə 2 saat ayrılır. Cari dərs ilində həmin saatların artırılması nəzərdə tutulmayıb, buna ciddi ehtiyac da yoxdur. Çünki həmin uşaqlar ya Azərbaycan, ya da rus dilində təhsil alırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB