Gəncənin təhsil problemləri müzakirə olunacaq

Gəncənin təhsil problemləri müzakirə olunacaq

Təhsil naziri Mikayıl Cabbarov iyulun 29-da Gəncə, Naftalan şəhərlərində və Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçiriləcək qəbul 29 iyul saat 11:00-da Gəncə Dövlət Universitetinin əsas binasında təşkil olunacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin 146 nömrəli telefonuna və ya [email protected] elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə