Bu il orta məktəblərdə keçirilən buraxılış imtahanlarında hər hansısa bir fəndən qeyri-kafi ("2") qiymət alan məzunların qəbul imtahanlarında əldə etdikləri nəticələri açıqlayıb. SİA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bu il buraxılış imtahanlarında bir fəndən "2" alan məzunlara imtahanda iştirak hüququnun verildiyini bildirib. Onun sözlərinə görə, I qrupda 1962 abituriyent buraxılış imtahanlarında bir fəndən 2 alıb: "Onlardan 74 nəfər 0 bal, 594 nəfər 0-20 bal, 577 nəfər 20-40 bal, 363 nəfər 40-60, 168 nəfər 60-80 bal, 83 nəfər 80-100, 45 nəfər 100-120 bal, 26 nəfər 120-140 bal, 25 nəfər 140-160 bal, 18 nəfər isə 150 baldan yuxarı nəticə göstərib. Bundan əlavə, 4 nəfər 180-200, 7 nəfər 200-220, 2 nəfər 220-240 bal, 3 nəfər 240-260, 1 nəfər 280-300 bal toplayıb. Biz araşdırdıq ki, 150 baldan yuxarı nəticə göstərənlər əsasən "Ana dili" fənnindən "2" alanlardır. Biz onlara şans vermişik".
Məleykə Abbaszadə III ixtisas qrupunda da buraxılış imtahanından heç olmasa bir fəndən "2" qiymət alan 1370 nəfər abituriyentin olduğunu açıqlayıb: "Bu abituriyentlərdən 78 nəfər 0 bal, 177 nəfər 0-20 bal, 224 nəfər 20-40 bal, 230 nəfər 40-60 bal, 186 nəfər 60-80 bal, 111 nəfər 80-100 bal, 78 nəfər 100-120 bal, 67 nəfər 120-140 bal, 45 nəfər 140-160 bal yığıb: "Ümumilikdə, bu abituriyentlərin 90 faizi 200-dən aşağı bal yığıb. 9 nəfər 240-260, 3 nəfər 260-280 nəfər, 10 nəfə 280 baldan yuxarı nəticə göstərib. Bu abituriyentlər buraxılış imtahanında "Ana dili" fənnindən "5" alıb, riyaziyyatdan aşağı nəticə göstərənlərdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB