"500 baldan yuxarı yığan elə abituriyentlər var ki, onlar mülki yox, hərbi ali məktəbləri seçirlər". SİA-nın xəbərinə görə, bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib ki, Daxili İşlər Nazirliyinin Polis Akademiyasına III qrupda qəbul olanların arasında 135 nəfər 500 baldan yuxarı, 35 nəfər 600 baldan yuxarı, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına qəbul olunanlardan 33 nəfər 500 baldan, onlardan 12 nəfər isə 600 baldan yuxarı, Fövqəladə Hallar Nazirliyinin iki ixtisasına qəbul olunan 12 nəfər 500 baldan, 2 nəfər isə 600 baldan yuxarı nəticə göstərib.
Komissiya sədri bildirib ki, hər bir qrupa sənəd verənlərin 40 faizi əvvəlki illərin məzunlarıdır: "Onların nəticələri elə də yaxşı deyil. Bu ilki məzunların nəticələri daha yaxşıdır. I qrupda 35 min nəfərdən çox imtahan veribsə, onun 50 faizi, yəni 17 min abituriyent 90 baldan aşağı nəticə göstərib. Birinci qrupda bu ilin məzunlardan 20 min 453 nəfər imtahan verib. 10% 150 baldan yuxarı nəticə göstərib. Biz onlara şans veririk. Birinci qrupda bu ilki illərin 20 min 453 məzunun 37 faizi 0-100 bal arasında, əvvəlki illərin məzunlarının (15 min nəfər) 72 faizi isə 0-100 bal arasında nəticə göstərib. Biz 150 bala düşməsəydik, əvvəlki illərin məzunu olan gənclərdən 150 bal yığanlar da ali təhsil ala bilməyəcəkdilər".
Ötən il I qrupda balların 150 bala salındığını deyən Məleykə Abbaszadə bildirib ki, Bakı Dövlət Universitetinə 150-200 balla nəticə göstərən yalnız 1 nəfər qəbul olunub. Onun sözlərinə görə, Dövlət Neft Akademiyasına bu balla 2 nəfər, Azərbaycan Texniki Universitetinə 409 nəfər, Azərbaycan Dövlət Pedaqoji Universitetə 2 nəfər, Azərbaycan Dövlət İqtisad Universitetinə 8 nəfər, Azərbaycan Müəllimlər Universitetinin Qazax filialına 7 nəfər qəbul olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB