"Azərbaycanda akademik borca görə heç kim ali məktəbdən çıxarılmayıb". SİA-nın xəbərinə görə, bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə belə deyib. O bildirib ki, komissiyanın Tələbə-Məzun Sistemindən əldə etdiyi məlumata əsasən cari ildə cəmi 20 nəfər ali məktəbdən çıxıb: "Onlar da ali məktəbdə qəbul olduqları ixtisası bəyənmədikləri üçün bu addımı atıblar.
Komissiya sədri deyib ki, 150-200 balla ali məktəblərə qəbul olunanlar arasında I kursun proqramını öyrənə bilmədikləri üçün universitetdən qovulanlar yoxdur: "Biz gözləyirdik ki, ötən il 150-200 balla ali məktəbə qəbul olan tələbələr birinci kursun proqramını mənimsəyə və sessiya imtahanlarını verə bilməyəcəklər. Lakin Tələbə-Məzun sistemində göstərilən məlumata əsasən belə bir nəticə əldə olunmayıb. Əgər nəticə belə olsaydı, bu il birinci qrupda müsabiqə şərtlərini 150 bala endirməyə ehtiyac qalmayacaqdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB