Məleykə Abbaszadə: "İndiyə qədər 13559 nəfər sənəd verib"

Məleykə Abbaszadə: "İndiyə qədər 13559 nəfər sənəd verib"

"Ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas məktəblərinə indiyə qədər 13559 nəfər sənəd verib". SİA-nın xəbərinə görə, bu barədə keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, artıq orta ixtisas məktəblərinə sənəd qəbulu başlayıb və proses avqustun 15-də başa çatacaq.

Komissiya sədrinin sözlərinə görə, hər il sənəd qəbulu başa çatandan sonra məzunlar sənəd vermək üçün müraciət edirlər: "Buna görə də bir daha elan edirəm ki, abituriyentlər göstərilən tarixlərdə sənəd versinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə