Təhsil Nazirliyi: "Repetitorluğa qarşı mübarizə davam edir"

Təhsil Nazirliyi: "Repetitorluğa qarşı mübarizə davam edir"

Repetitorluğa qarşı Təhsil Nazirliyinin mövqeyi məlumdur və bunun aradan qaldırılması üçün tədbirlərin görülməsi daim gündəmdədir. SİA xəbər verir ki, Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində vətəndaşların sualları cavablandırılarkən bildirilib ki, belə fəaliyyətlə məşğul olan müəllimlərin məktəbdən uzaqlaşdırılması heç bir qanunvericilik aktında nəzərdə tutulmayıb. Repetitorluqla məşğul olub məktəbdə keyfiyyətli dərs deməyən müəllimlərlə əlaqədar təhsil orqanları, məktəb rəhbərləri ilə yanaşı, valideynlər də prinsipial mövqeyini bildirməlidirlər.

Qeyd olunub ki, ümumtəhsil məktəbində ailənin maddi vəziyyətinə görə heç bir şagirdə fərq qoyulmur və dərslər hamıya mövcud şərait daxilində eyni səviyyədə keçilir.

Bütün xəbərlər Facebook səhifəmizdə