Azərbaycanın orta və ali təhsil müəssisələrindəki kitabxanaların vəziyyətilə bağlı Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində vətəndaşların sualları cavablandırılarkən bilirilib ki, hazırda məktəb kitabxanalarında şagirdlərin istifadə edə biləcəyi kifayət qədər ədəbiyyat var. SİA-nın xəbərinə görə, məlumatda qeyd olunub ki, Prezident İlham Əliyevin sərəncamı ilə nəşr edilən Lüğət ensiklopediyaları, Azərbaycan xalq ədəbiyyatı, klassik və müasir Azərbaycan ədəbiyyatı və dünya ədəbiyyatı seriyasından olan əsərlər, Heydər Əliyev Fondu tərəfindən hədiyyə olunan ədəbiyyat nümunələri, eləcə də Təhsil Nazirliyinin həyata keçirdiyi layihələrlə ümumtəhsil məktəb kitabxanalarının ədəbiyyatla təminatı istiqamətində ardıcıl iş aparılır.
Yeni tədris ədəbiyyatına ehtiyacı universitetlər müəyyənləşdirir, onların yazılmasını və ya tərcümə olunmasını planlaşdırıb mərhələli surətdə həyata keçirirlər.
Hazırda ali təhsil müəssisələrinin kitabxana fondunun böyük hissəsini məhz rus dilində olan dərslik, dərs vəsaiti və kitablar təşkil edir. Məktəb kitabxanalarında isə təlim rus dilində olan siniflər üçün rus dilində bütün dərsliklər və müəyyən qədər əlavə ədəbiyyat var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB