Təhsil naziri Mikayıl Cabbarov Gəncə Dövlət Universitetinin əsas binasında mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq vətəndaşlarla görüş keçirəcək. Nazirliyin mətbuat xidmətindn SİA-ya verilən məlumata görə, 29 iyul 2013-cü il tarixində saat 11:00-da təşkil olunacaq qəbulda Gəncə, Naftalan şəhərlərində və Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.
Qeyd edək ki, qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin 146 nömrəli telefonuna və ya [email protected] elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB