Təhsil Nazirliyi vətəndaşlara müraciət edib

Təhsil Nazirliyi vətəndaşlara müraciət edib

Təhsil Nazirliyi Azərbaycanda tələbələrin xarici ölkələrin ali təhsil müəssisələrinə qəbulu sahəsində çalışan şirkətlərin sayının artması və bəzi vətəndaşların bu şirkətlərin fəaliyyəti ilə bağlı şikayətlərinə münasibət bildirib. SİA-nın xəbərinə görə, nazirliyin rəsmi Facebook səhifəsində yerləşdirilən məlumata əsasən, məsələ ilə əlaqədar vətəndaşların diqqətinə çatdırılıb ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusilə də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrası ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.

Xarici ölkələrdə ali təhsil almaq niyyətində olan şagird və tələbələrə və onların valideynlərinə tövsiyə olunur ki, özləri birbaşa olaraq xarici ali təhsil müəssisələrindən qəbul prosedurlarını sorğu edərək aidiyyəti üzrə müraciət etsinlər. Hər hansı yerli şirkətlə əməkdaşlıq nəticəsində maddi və ya mənəvi ziyan çəkmiş vətəndaşlar isə birbaşa olaraq aidiyyəti orqanlarına müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə