Sabah I ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək

Sabah I ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək

Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanda ali məktəblərə I ixtisas qrupu üzrə qəbul imtahanları keçirəcək. Komissiyanınm mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, I ixtisas qrupu üzrə qəbul imtahanlarında da qəbul imtahanı keçirilməyən şəhər və rayonlarda yaşayan abituriyentlərin imtahan mərkəzlərinə çatdırılması məqsədilə pulsuz avtobus xidmətləri təşkil olunacaq. Abituriyentlər imtahan başa çatdıqdan sonra yaşadıqları məntəqəyə həmin avtobuslarla qaytarılacaq.

Qeyd edək ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 69 binada keçiriləcək. 2013-cü ildə I qrup üzrə 36883 abituriyent ərizə təqdim edib. Onlardan 34240 nəfəri Azərbaycan bölməsinin, 2643 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 22372 nəfərini oğlanlar, 14511 nəfərini isə qızlar təşkil edir. 21210 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 13766 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır. Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc isə 1998-ci ildəndir.

Bütün xəbərlər Facebook səhifəmizdə