TQDK-dan III qrupda ixtisas seçiminə buraxılmış abituriyentlərə ŞAD XƏBƏR

TQDK-dan III qrupda ixtisas seçiminə buraxılmış abituriyentlərə ŞAD XƏBƏR

"III qrupda ixtisas seçiminə buraxılmış bütün abituriyentlər düzgün seçim etsələr onların hər biri ali məktəbə daxil ola bilər". SİA-nın xəbərinə görə, bu barədə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirdiyi mətbuat konfransında səsləndirib.

Onun sözlərinə görə, abituriyentlər bir çox hallarda düzgün seçim etmədiklərindən univeristetlərə daxil ola bilmirlər: "2013-2014-cü tədris ili üzrə ali məktəblərin III qrupu üzrə 10397 plan yeri ayrılıb. İxtisas seçimi müsabiqəsinə isə 10153 abituriyent buraxılıb. Əgər abituriyentlər düzgün seçim edərlərsə ali məktəblərə daxil ola biləcəklər. Buna görə də onlar qərar verərkən diqqətli olmalıdırlar".

TQDK-nın mətbuat xidmətinin rəhbəri 2013-2014-cü tədris ili üçün ali məktəblərin III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında abituriyentlərin topladıqları balların statistikasını da açıqlayıb: "Ali məktəblərə III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 7831 abituriyent 0-100 (28,18 %), 6986 abituriyent 100-200(25,13 faiz), 4684 abituriyent 200-300 (16,85 faiz), 6246 abituriyent 300-500 (22,47 faiz), 1505 abituriyent 500-600 (5,41 faiz), 542 abituriyent 600-700 (1,96 faiz) bal toplayıb".

E.Nağızadə sözlərinə əlavə edib ki, III qrup üzrə keçən ilki göstəricilərlə müqayisədə bu ilk nəticələr bir qədər yaxşıdır: "Ötən il III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında iştirak etmiş abituriyentlərin 10272-si 0-100 (34,47 faizi), 7497-si 100-200 (25,16 faizi), 5103-ü 200-300 (17,12 faizi), 5475-i 300-500 (18,37 faizi), 1106-sı 500-600 (3,71 faiz), 350-si isə 600-700 (1,17 faizi) bal toplayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə