Təhsil Nazirliyi 2013-2014-cü tədris ili üçün Azərbaycanın orta məktəblərində dərs məşğələləri və tətillərin vaxtını açıqlayıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, tədris planlarına dair qeydlərdə yazılıb ki, dərs ili I siniflərdə 31, II-XI siniflərdə 32 tədris həftəsindən ibarətdir. Orta məktəblərdə dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatır.
Dərs ili iki yarımilə bölünür. Belə ki, birinci yarımil 15 sentyabr – 29 dekabr, ikinci yarımil isə 6 yanvar – 31 may tarixlərində olacaq. Dərs ili ərzində şagirdlər üçün tətillərin vaxtı da müəyyən olunub. Belə ki, payız tətili 12–17 noyabr (6 gün), qış tətili 30 dekabr – 5 yanvar (7 gün), I sinif şagirdləri üçün əlavə tətil 12–17 fevral (6 gün), yaz tətili isə 17–24 mart (8 gün) tarixlərində olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB