Ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada qəbul imtahanları keçirilməyən şəhər və rayonlarda yaşayan abituriyentlərin imtahan mərkəzlərinə rahat şəkildə çatdırılması məqsədilə Respublikanın bütün şəhər və rayonlarında pulsuz avtobus xidmətləri təşkil olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, həmin avtobuslarla imtahan keçirilən şəhərə yola düşmək könüllüdür. Bunun üçün abituriyentlər imtahanda iştirak edəcəyini təsdiqləyən buraxılış vərəqəsini və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə qeyd olunan xidmətdən yararlanacaqlar. Avtobusların operativ hərəkətini təmin etmək məqsədilə onları Dövlət Yol Polisi müşayiət edəcək. Abituriyentlərin imtahan başa çatdıqdan sonra yaşadıqları məntəqəyə qaytarılmaları da həmin avtobuslarla təmin olunacaq.
Xatırladaq ki, 2013/2014-cü tədris ili üçün TQDK tərəfindən ilk qəbul imtahanı iyulun 14-də III ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir.
İmtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 57 imtahan mərkəzində aparılacaqdır. III qrup üzrə 28939 abituriyent ərizə təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB