"Bu qanun dövlətin elm siyasətinin tənzimlənməsində ciddi hüquqi baza olacaq"
" "Elm haqqında" qanun layihəsinin əhəmiyyəti böyükdür. Çünki bu sənəd dövlətin elm siyasətinin tənzimlənməsində ciddi hüquqi baza olacaq". SİA-nın məlumatına görə, bunu AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov deyib.
Onun sözlərinə görə, həmin qanun elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsiplərini, elmi fəaliyyətin subyektlərinin və iştirakçılarının hüquq və vəzifələrini, elmi fəaliyyətin təşkilati, hüquqi əsaslarını müəyyənləşdirəcək: "Qanun eyni zamanda vətəndaşların əqli potensialının reallaşması və elmi nailiyyətlərdən istifadə edilməsində məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün hüquqi zəmin yaradacaq. Son illər elmdə aparılan islahatlar müsbət nəticələr verir. Bunun nəticəsində də Azərbaycan elmi və elm adamları beynəlxalq səviyyədə daha diqqətlə qarşılanır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB