Təhsil nazirinin müavini Qulu Novruzov vəzifəsindən azad edilməsi xəbərini təsdiqləyib. SİA-nın xəbərinə görə, o, bunu gələcək fəaliyyəti üçün növbəti bir addım kimi qiymətləndirib: "Gələcək fəaliyyətimdə də Heydər Əliyev siyasi kursuna sadiq qalacağam".
Qulu Novruzov bildirib ki, qazandığı bilik, bacarıq və təcrübəni cənab prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi inkişaf strategiyası çərçivəsində dövlətimizə faydalı olacaq bir sahədə sərf etməkdə davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB