Bu günə qədər 274 nəfər nazirliyə müraciət edib

Bu günə qədər 274 nəfər nazirliyə müraciət edib

Təhsil Nazirliyi cari ilin iyulun 23-dən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində növbəti tədris ili üçün sənəd qəbulunu həyata keçirir. Nazirlikdən SİA-ya verilən xəbərə görə, sənədlərin qəbulu 15.08.2013-cü il tarixinə qədər davam edəcək.

Bu dövr ərzində Təhsil Nazirliyi tərəfindən sənədləri rəsmi şəkildə qəbul edilmiş bütün namizədlərlə fərdi müsahibələr aparılacaq. Yekun qərar (müsbət, yaxud mənfi) verildiyi zaman bu barədə bütün namizədlərə məlumat veriləcək.

Qeyd edək ki, 10.07.2013-cü il tarixinə qədər 274 vətəndaş sənədlərini təqdim etmək üçün Təhsil Nazirliyinə müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə