“İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb

III ixtisas qrup üzrə qəbul imtahanında iştirak edəcək abituriyentlərə "İmtahana buraxılış vərəqəsi"nin verilməsinə başlanılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən SİA-ya daxil olan xəbərə görə, abituriyentlər komissiyanın saytında yaradılmış müvafiq şöbəyə daxil olaraq İş nömrəsi, şifrə və kodu daxil etməklə "İmtahana buraxılış vərəqəsi"ni əldə edə bilərlər.

Xatırladaq ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarına bu həftədən etibarən başlanacaq. belə ki, iyulun 14-də III ixtisas qrupu üzrə, iyulun 21-də I, iyulun 28-də IV, avqustun 3-də isə II ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə