Təhsil Nazirliyinin sosial şəbəkələrdə rəsmi səhifələri açıldı

Təhsil Nazirliyinin sosial şəbəkələrdə rəsmi səhifələri açıldı

Facebook http://www.facebook.com/tehsil.gov.az və Twitter https://twitter.com/tehsilgovaz sosial şəbəkələrində Təhsil Nazirliyinin (TN) rəsmi səhifələri yaradılıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nazirliyin fəaliyyəti ilə bağlı yeni məlumatları istifadəçilər bu səhifələrdən də əldə edə bilərlər. Yalnız yuxarıda qeyd olunan ünvanlar Təhsil Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələridir.

Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində Nazirliyin rəhbər şəxsləri tərəfindən ayda bir dəfə vətəndaşların təhsillə bağlı suallarının cavablandırılması nəzərdə tutulub Vətəndaşlardan xahiş olunur ki, təhsil sahəsi ilə bağlı sualları ilk növbədə Nazirliyin rəsmi elektron poçt ünvanlarına ([email protected], [email protected]) göndərsinlər.

Qeyd edək ki, Təhsil Nazirliyinin rəsmi internet saytında Nazirliyin Facebook və Twitter sosial şəbəkələrindəki rəsmi səhifələrinə keçidlər yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə