Ötən illərdə attestat ala bilməyən şagirdlərin NƏZƏRİNƏ!

Ötən illərdə attestat ala bilməyən şagirdlərin NƏZƏRİNƏ!

Ötən illərdə ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarından qeyri-kafi qiymət alan şagirdlərə attestat verilməsi məsələsi bu il də gündəmdədir. Məsələ ilə bağlı Təhsil Nazirliyindən SİA-nın sorğusuna verilən cavaba görə, ötən illərdə attestat ala bilməyən şagirdlərin X və XI siniflər üzrə illik qiymətlərinin və buraxılış imtahanının qiymətlərinin ədədi ortası, imtahan aparılmayan fənlərdən isə X və XI siniflər üzrə illik qiymətlərin ədədi ortası çıxarılır və yekun qiymətlər kimi attestata yazılır.

Məlumat üçün bildirək ki, 2009-cu ildə 19720 şagird, 2010-cu ildə 14000 şagird, 2011-ci ildə 16766 şagird, 2012-ci ildə isə 9011 şagird ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarından qeyri-kafi qiymət aldıqları üçün attestat ala bilməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə