ADA-dan abituriyentlər və valideynlərə dəvət!

ADA-dan abituriyentlər və valideynlərə dəvət!

Azərbaycan Diplomatik Akademiyası (ADA) abituriyentləri və valideynləri "Açıq Qapı" günlərinə dəvət edir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) SİA-ya verilən məlumata görə, Akademiya 2013-2014-cü tədris ili üçün I ixtisas qrupu üzrə kompüter elmləri, informasiya texnologiyaları və sistemləri mühəndisliyi; II ixtisas qrupu üzrə beynəlxalq münasibətlər, iqtisadiyyat, biznesin idarə edilməsi; III ixtisas qrupu üzrə dövlət və ictimai münasibətləri bakalavr proqramlarını təklif edir. Bakalavr proqramları ilə maraqlananlar üçün iyul-avqust aylarında ADA-da "Açıq Qapı" günləri keçiriləcək.

"Açıq Qapı" günlərinin iştirakçıları bakalavr proqramları, təhsil sistemi və tələbə həyatı haqqında ətraflı məlumat almaqla yanaşı, ADA-da çalışan professor heyətinə maraqlandıran suallarını ünvanlaya biləcəklər. Məlumat sessiyasından sonra isə iştirakçılar ADA-nın yeni Kampusu ilə tanış olacaqlar.

Qeyd edək ki, ADA-ya gələrkən şəxsiyyət vəsiqəsini təqdim etmək mütləqdir.

Bütün xəbərlər Facebook səhifəmizdə