Bu gün Sumqayıt Dövlət Universitetində 2012/13-cü təhsil ilinin məzun günü keçirilib. SDU-dan SİA-ya verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin universitetin foyesində yerləşən büstü önünə gül dəstələri qoyublar. Tədbir dövlət himninin səslənməsi ilə başlanıb.
Universitetin rektoru, professor Nadir Qəhrəmanov məzunları təbrik edərək onlara uğurlar arzulayıb. Rektor qeyd edib ki, bu ilki məzunlar universitetin 50 illik yubiley ilinin buraxılışlarıdır: "Bu il universitetimiz üçün xüsusilə önəmli ildir. 50 illik yubiley ilidir. Məhz bu il dövlətimizin başçısının sərəncamı ilə universitetimizin 20 əməkdaşı fəxri adlarla təltif olundu. Bu, prezident İlham Əliyevin ölkə təhsilənə və Sumqayıt Dövlət Universitetinə həssas münasibətinin göstəricisidir".
N.Qəhrəmanov bildirib ki, son illər ərzində universitetin tələbələri müxtəlif müsabiqələr və yarışlarda çoxsaylı uğurlar qazanıblar.
Rektor qeyd edib ki, bu il universiteti 25 bakalavr, 17 magistr fərqlənmə diplomu ilə bitirir. N.Qəhərmanov onlardan bir neçəsinin universitetdə işlə təmin olunduğunu və olunacağını qeyd edib.
Daha sonra çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev və universitetin Fəlsəfə kafedrasının müdiri, professor Həsən Sadıqov da məzunları təbrik edərək, xoş arzularını çatdırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB