Bu gün Azərbaycan Dillər Universitetində (ADU) 2012-20123-cü tədris ilində universiteti bitirən bakalavr və magistr tələbələrin "Məzun günü" münasibətilə tədbir keçirilib. Tədbirdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Tədris işləri üzrə prorektor, professor Natiq Yusifov, Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov, Beynəlxalq əlaqələr üzrə prorektor, professor Jalə Qəribova, Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
ADU-nun rektoru Səməd Seyidov məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzu edib. O, Azərbaycan Dillər Universitetinin Azərbaycan üçün savadlı mütəxəssislər yetişdirdiyini qeyd edib. Rektor bu gün universitetin bakalavr pilləsini bitirən tələbələrin bir çoxunun yenidən ADU-da magistratura pilləsində təhsil alacaqlarını bildirib. O, universitetin məzunlarının Azərbaycanın müxtəlif müəssisələrində, təşkilatlarında, hətta Azərbaycandan kənarda fəaliyyətə başlaya biləcəklərini deyib. Rektor, professor Səməd Seyidov Azərbaycan bayrağını yüksəldən gənclərin böyük əksəriyyətinin məhz Azərbaycan Dillər Universitetində yetişdiyini, vətəndaş kimi formalaşdığını vurğulayıb. Bu gün Azərbaycan təhsil sistemi içərisində ADU-nun məzunlarının xüsusi yeri olduğunu deyən rektor Səməd Seyidov məzunları güclü olduğu zaman universitetin adının da hər zaman yüksəklərdə olacağını vurğulayıb. O, məzunlara ADU-nun adını daim uca tutmalarını və universitetlə əlaqələrini kəsməmələrini tövsiyə edib.
Qeyd edək ki, tədbirin sonunda universiteti fərqlənmə ilə bitirən tələbələrə diplomlar təqdim edilib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB