"Təhsil Nazirliyinin UNİCEF-lə birgə həyata keçirilən layihələr ümumilikdə 500-ə qədər məktəbəqədər tərbiyə, ümumtəhsil, ilkin müəllim hazırlığı, ixtisasartırma və ya yenidən hazırlanma müəssisəsini, 35 minə qədər uşaq və şagirdi, 9500-ə qədər valideyni, o cümlədən 9500-ə qədər müəllim və tərbiyəçini, 960-a qədər mütəxəssisi əhatə edib". SİA-nın məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov UNİCEF-in Azərbaycan hökuməti ilə əməkdaşlığının 20-ci ildönümü münasibətilə "Uşaqlar naminə birləşə" şüarı altında keçirilən tədbirdə çıxışı zamanı belə deyib.
Nazirin sözlərinə görə, ümumilikdə təşkilatla birgə 400-dək treninq keçirilib: "UNICEF-lə birgə keçirilən layihələr çərçivəsində nazirliyə maddi dəstək də göstərilib. Hazırda UNİCEF-lə birgə "Məktəb uşağın dostudur" və "Məktəbəqədər təhsil" layihəsi çərçivəsinə əməkdaşlıq edir. "Məktəb uşağın dostudur" layihəsi məktəb idarəetməsi, inklüziv təhsil, sağlamlıq imkanı məhdud uşaqların sağlam uşaqlarla birgə təhsil alması, təhsil müəssisələrinin təhlükəsiz mühitin yaradılması məsələlərini əhatə edir. "Məktəbəqədər təhsil" layihəsi isə yeni kurrikulumların və hazırlıq modellərinin yaradılması məsələlərini əhatə edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB