Gənclər üçün Təhsil Mərkəzinin rəhbərliyi yeniləndi
Bu gün Gənclər üçün Təhsil Mərkəzinin İdarə heyətinin növbəti iclası keçirilib. Mərkəzdən SİA-ya verilən məlumata görə, iclasda bir sıra məsələlər ətrafında müzakirələr aparılıb və qərarlar qəbul olunub. İdarə heyətinin qərarı ilə Mərkəzin icraçı direktoru vəzifəsini həyata keçirən Rasim Ağayev Macarıstanda yerləşən Corvinus Universitetinə daxil olduğu üçün tutduğu vəzifədən azad edilib.
Mərkəzin yeni icraçı direktoru vəzifəsinə Fəxrəddin Həsən-zadə təyin edilib. O, bu günə qədər gənclər sahəsində müxtəlif layihə və proqramların hazırlanmasında, habelə həyata keçirilməsində yaxından iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB