Təmir olunmamış neçə təhsil müəssisəsi var? AÇIQLAMA

Təmir olunmamış neçə təhsil müəssisəsi var? AÇIQLAMA

"Paytaxtda Bakı şəhər Təhsil İdarəsinin tabeliyində olan 50 təhsil müəssisəsi təmir olunamamış qalır". Bu barədə SİA-ya açıqlamasında Bakı şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı deyib.

Onun sözlərinə görə, bu təhsil müəssisələrinin təmir olunması "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək Tədbirlər Planına daxildir: "Bakı şəhər Təhsil İdarəsinin tabeliyində 360 təhsil müəssisəsi mövcuddur. 5 il ərzində 260-dan çox təhsil müəssisəsi standartlara uyğun olaraq tam təmir olunub. Cari ilin tədbirlər planına düşən təhsil müəssisələrinin isə ilin sonuna kimi təmir olunması gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə