Ötən gün təhsil naziri Mikayıl Cabbarov müəllimlərin əməkhaqqlarının artırılması məsələsinin gündəmdə olduğunu bildirib. Bu məsələyə münasibət bildirərkən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı təhsil nazirinin söylədiyi fikirlərin əsaslı olduğunu deyib: "Təbii ki, ölkənin təhsil sistemindəki vəziyyəti ən yaxşı təhsil naziri Mikayıl Cabbarov bilir. Hesab edirəm ki, müzakirələr zamanı müəllimlərin əməkhaqqlarının artırılması məsələsinə imkanlar daxilində baxılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB