Məzunların 2-ci Təhsil Forumu keçirilib

Məzunların 2-ci Təhsil Forumu keçirilib

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) məzunların II Təhsil Forumu keçirilib. SİA-nın məlumatına görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, ADU-nun rektoru Səməd Seyidov və digər qonaqlar iştirak edib. Forum ABŞ Təhsilli Azərbaycanlı Məzunlar İctimai Birliyinin (AAA), Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi (CİE) və Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Amerika Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Səməd Seyidov bildirib ki, belə bir forumun keçirilməsi təhsil sahəsində islahatların zəruriliyini göstərir. Onun sözlərinə görə, Təhsil Nazirliyinin keçirdiyi müasir təcrübəyə əsaslanan məntiqi islahatlar Azərbaycanın rifahına və inkişafına xidmət edir.

Təhsil naziri Mikayıl Cabbarov isə qeyd edib ki, belə islahatları qısa müddətə keçirmək mümkün deyil, nəticələr islahatlardan 20 il sonra öz bəhrəsini göstərir: "İslahatlar prosesi uzunmüddətli prosesdir. İslahatlar özündə inklüziv təhsili, xüsusi qayğıya ehtiyac duyan uşaqların təhsil almasını nəzərdə tutur".

Bütün xəbərlər Facebook səhifəmizdə