Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayilov və "Oğuz" fan qrupunun rəhbəri Asif Qasımzadə iki təşkilat arası əməkdaşlığa dair razılaşma əldə ediblər. ATGTİ-dən SİA-ya verilən məlumata görə, razılaşmada, Azərbaycanda futbol azarkeşliyinin və futbolun inkşaf etdirilməsi məqsədi ilə yaranmış "Oğuz" fan qrupuna könüllülərin dəvət olunması və bu sahədə gələcək layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, gənclərlə işləyəcək "Oğuz" fan qrupunun məqsədi Azərbaycanda fanat anlayışının təbliği və futbolla bağlı layihələrin həyata keçirilməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB