Bu gün Sumqayıt Dövlət Universitetində (SDU) Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. SDU-dan SİA-ya verilən məlumata görə, əvvəlcə, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin universitetin foyesində yerləşən büstü önünə gül dəstələri qoyublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra çıxış edən universitetin rektoru, professor Nadir Qərəmanov bildirib ki, 90-cı illərin əvvəllərində, Azərbaycan xalqı müstəqilliyini əldə etdiyi ilk illərdə ölkədə xaos, anarxiya hökm sürür, hakimiyyətdaxili ziddiyyətlər Azərbaycanı uçuruma doğru aparırdı. Rektor qeyd edib ki, Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtması Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi: "Dahi siyasətçinin gördüyü tədbirlər nəticəsində ölkədə siyasi sabitlik əldə edildi, iqtisadi dirçəlişə nail olundu və nəhayət, ölkəmiz sürətli inkişaf mərhələsinə keçdi. Heydər Əliyev məktəbinin layiqli davamçısı olan İlham Əliyevin davam etdirdiyi və şaxələndirdiyi siyasi xətt nəticəsində bu gün ölkəmiz dünyanın ən güclü, ən sürətlə inkişaf etməkdə olan dövlətləri sırasındadır.
Daha sonra çıxış edən universitetin Azərbaycan tarixi kafedrasının müdiri, elmlər namizədi Əmirxan İsayev, Azərbaycan tarixi kafedrasının baş müəllimi Elmar Xəlilov və universitetin riyaziyyat fakültəsinin 3-cü kurs tələbəsi Lamiyə Abbasova da 90-cı illərin əvvəllərində ölkəmizdəki ictimai-siyasi vəziyyət, ziddiyyətlər barəsində söhbət açıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB