Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə köməklik edirlər. TQDK –dan SİA-ya verilən məlumata görə, növbəti belə qəbul Mingəçevir şəhərində Heydər Əliyev Mərkəzində keçirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Mingəçevir şəhərindən və ətraf rayonlardan olan sakinləri, o cümlədən şəhərdə məskunlaşan məcburi köçkünləri qəbul edərək onların şikayət və təklifləri ilə tanış olub. Müraciətlər əsasən, bölgə əhalisinin təhsil, təlim-tərbiyə sahəsində qarşılaşdıqları çətinliklərlə bağlı olub. Qəbulda 50-ə yaxın vətəndaş iştirak edib. Onlar təhsil haqqının ödənilməsi, imtahanların nəticələri, işlə təminat məsələləri və qarşılaşdıqları digər çətinliklərlə bağlı müraciətlər ediblər. Vətəndaşlar eyni zamanda buraxılış, sınaq və qəbul imtahanlarına dair sorğu, fikir və təkliflərini bildiriblər.
Məleykə Abbaszadə qəbulda vətəndaşların səsləndirdikləri müraciət və şikayətləri dinləyib, qaldırılan bəzi məsələlərin yerindəcə həll edilməsinə köməklik göstərib. Müraciətlərin müəyyən hissəsi isə TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı olub.
Qeyd edək ki, həmin müraciətlər qeydiyyata alınıb və nəzarətə götürülərək müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara çatdırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB