Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 7-də keçirilən növbəti buraxılış imtahanlarının protokollarının və cavab kartlarının emalı aparılır. TQDK-dan SİA-ya daxil olan məlumata görə, nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, imtahanlar Naxçıvan MR-də, İmişli, Ağcabədi, Ağdam, Saatlı, Sabirabad, Füzuli, Beyləqan, Xocavənd, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Salyan, Neftçala və Biləsuvar rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin və Cümşüd Naxçıvanski adına hərbi liseyin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada aparılıb.
IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanıb. İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib. Bütün binalarda imtahanlar təlimata uyğun şəkildə keçirilib, şagirdlərə öz bilik səvyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB