TQDK sədri Mingəçevir vətəndaşlarını qəbul edəcək

TQDK sədri Mingəçevir vətəndaşlarını qəbul edəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyunun 12-də Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək. Komissiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, şəhərin Heydər Əliyev Mərkəzində (20 yanvar küçəsi, 148) keçiriləcək qəbulda Mingəçevir və Yevlax sakinləri ilə yanaşı, Kəlbəcər və Xocalı rayonlarından olan məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Şəki regional bölməsinə müraciət etmələri (əlaqə telefonu: (024 244 66 14)) xahiş olunur.

Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə