Elnur Nağızadə: "Bəzi şagirdlərin nəticələri ləğv olunub"

Elnur Nağızadə: "Bəzi şagirdlərin nəticələri ləğv olunub"

"Hazırda buraxılış imtahanında iştirak edən şagirdlərin cavab kartının emalı prosesi aparılır və imtahanların gedişatını təyin edən protokollar araşdırılır". SİA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə belə deyib. O bildirib ki, iyunun 2-də keçirilən ilk buraxılış imtahanlarında 70 mindən artıq şagird iştirak edib: "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası şagirdlərin nəticələrinin iyun ayının 7-nə qədər elan olunmasını nəzərdə tutub".

Elnur Nağızadə bəzi şagirdlərin imtahan nəticələrinin Komissiya tərəfindən ləğv olunduğunu da deyib: "İlk protokolların araşdırılması nəticəsində deyə bilərəm ki, imtahandan xaric olunan şagirdlərin nəticələri ləğv olunub. Bu şagirdlər imtahana telefonla keçməyə cəhd göstəriblər və imtahan zamanı köçürməyə yol veriblər. Həmçinin imtahanın gedişinə maneə olmaq istəyən şagirdlərin də imtahan nəticələri ləğv olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə