Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 2-də Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda orta ümumtəhsil müəssisələrinin IX və XI siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada təşkil olunan buraxılış imtahanları bütün binalarda təlimata uyğun şəkildə keçirilib, şagirdlərə öz bilik səvyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır.
İlkin məlumatlara əsasən imtahan prosesində bəzi şagirdlər müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən mobil telefonla imtahan binasına keçməyə cəhd, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilmiş və nəticələri ləğv olunub. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
Məlumat üçün bildiriək ki, buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər iyun ayının 25-də buraxılış imtahanı verəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB