Mikayıl Cabbarov: "Müəllimlərin işə qəbul olunması qanunvericiliklə tənzimlənəcək"
"Azərbaycanın təhsil sistemində istər müəllimlərin işə qəbul olunması, istərsə də təhsilin digər sahələrində mövcud qanunvericiliyin tətbiqi və buna riayət olunması tələb olunacaq". SİA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov ölkədə bəzi rayon təhsil şöbələri və məktəb direktorları tərəfindən müəllimlərin müsabiqədənkənar işə qəbul olunması məsələsinə münasibət bildirərkən belə deyib.
Nazirin sözlərinə görə, müəllimlərin işə qəbulu prosesi də qanunvericiliyə uyğun şəkildə həyata keçiriləcək: "Zaman keçdikcə ölkənin təhsil sisteminin bütün sahələrində qanunvericiliyə tam əməl olunmasına nail olacağıq. Müəllimlərin işə qəbulu barədə bir yenilik olsa, bu barədə ictimaiyyətə məlumat veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB