Nazir ictimaiyyətə müraciət etdi

Nazir ictimaiyyətə müraciət etdi

"Təhsil Nazirliyində aparılan islahatlarının ictimailəşdirilməsinin və siyasiləşdirilməsinin tərəfdarı deyiləm". SİA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyində aparılan struktur dəyişiklikləri və kadr islahatlarına münasibət bildirərkən belə deyib.

Nazirin sözlərinə görə, ictimaiyyətin və medianın təhsil sahəsindən böyük gözləntiləri var: "Təhsil sahəsində müəyyən işlər həyata keçirilir və bunlar təbii olaraq struktur dəyişiklikləri tələb edir. Ancaq mən media nümayəndələrindən xahiş etmək istəyirəm ki, bu məsələləri lazım olan səviyyədən artıq qabartmasınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə